"Hraparak" bu günkü yayımında xəbər verir ki, İrəvan dövlət universitetinin kimya fakültəsinin alt mərtəbəsindəki otaqlardan birində iki nəfərin ölümünə səbəb olan partlayışdan düz bir ay vaxt keçsə də müqəssirlər hələ də aşkar edilərək cəzalandırılmayıb. İstintaq komitəsindən isə bildiriblər ki, əməliyyat-axtarış tədbirləri aparılır və məhkəmə-tibb ekspertlərinin cavabı hələ alınmayıb. Partlayışın kimlər tərəfindən törədilməsi isə əsas versiya olaraq qalmaqdadır.
Nəşr əlavə edib ki, həmin partlayış Qarabağdan köçən gənclər tərəfindən törədilib. Amma əhali arasında qarşıdurma baş verməməsi üçün həqiqət gizlədilir.
Nəsib