Xankəndidə qalan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Ermənistana köçən soydaşlarının qınaq obyektinə çevriliblər. "Hraparak" xəbər verir ki, Xankəndidə yaşayan Sarkis Qalstyan və həyat yoldaşı "nənə-baba" abidəsini ziyarət etdiklərini videoçarx vasitəsilə paylaşıblar. Nəşr əlavə edib ki, araşdırmalara görə, Xankəndini tərk etdiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etməyib Ermənistana gəldiklərinə görə peşman olduqlarını etiraf edənlərin sayı getdikcə artır və onların bəziləri geri qayıtmaq arzusundadır.
Amma çəkinirlər ki, soydaşları onları satqın adlandırıb cəzalandırar.
Nəsib