16.04.2026, 11:50
AZ EN
03.11.2023, 15:46 496

Ermənistan parlamentinin deputatı mandatından imtina edib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin “Hayastan” adlı müxalifətdə olan fraksiyasının üzvü Gerasim Vardanyan deputat mandatından imtina etdiyini bildirib.

O, bu barədə feysbuk səhifəsində yazıb.

“Mərkəzi Seçki Komissiyasına noyabrın 2-də deputat mandatından imtina etdiyimə dair ərizə verdiyimi bildirmək istərdim”, - Gerasim Vardanyan vurğulayıb.

Deputat Daşnaksütyun Partiyasının üzvüdür və mənsub olduğu siyasi təşkilatın rəhbərliyinin onun qərarını anlaşma ilə qarşıladığını söyləyib. (Report)

Oxşar xəbərlər