Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, cəbhədə Azərbaycana qarşı hər məğlubiyyət N.Paşinyanın İrəvandakı mövqeyini sarsıdır: “Paşinyan Zəngəzur dəhlizini böhran səbəbi deyil, fürsətə çevirsə, bundan həm Ermənistan, həm də özü qazanacaq.
Əks halda, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını istefa şüarları ilə dolduran qəzəbli kütlə bir gün Paşinyanı devirə bilər”.
Y.Gülər deyib ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi son antiterror tədbirləri bölgədə yeni vəziyyət yaradıb və bu, Bakı ilə İrəvan arasında qarşıdakı danışıqlara da təsir göstərəcək. (Report)