21.11.2024, 22:30
AZ EN
19.09.2023, 17:12 150

Paşinyan: “Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq”

XƏBƏRLƏR
  • “Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib.

Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”. (Report)

Oxşar xəbərlər