23.12.2024, 05:39
AZ EN
12.09.2023, 12:28 248

Paşinyanın yaddaşı itib

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyanın "Dövlət yaddaşsızlığı" başlıqlı məqaləsində yazır: Əgər kimsə yaddaşsızlıqdan əziyyət çəkirsə, deyirlər ki, xəstədir, şizofrennikdir, mütləq həkim getməli və dərmanlar qəbul etməlidir. Dövlətdə isə çatışmazlıqlar olduqda siyasi tədbirlər görülməlidir. Başqa cür ola bilməz. Əks halda vətəndaşlar öz taleyi barədə fikirləşib müəyyən işlər, hətta inqilab, ya da çevriliş etməli olur.

Ermənistan hakimiyyətini və baş naziri səriştəsizlikdə günahlandıran "müxalif qaynana" ləqəbli Armine Ohanyanı Qarabağdakı qondarma rejimin keçirdiyi "seçki" də narahat edir. Onun fikrincə, Ermənistan hakimiyyəti separatçı rejimə qarşı sayğısızlıq göstərməsə idi, "seçkiyə" ehtiyac qalmazdı. Müəllifi kədərləndirən digər məsələ isə Gürcüstanın Axalkələki  bölgəsində yaşayan ermənilərin Paşinyan və komandası tərəfindən unudulmasıdır. Onun fikrincə, sözügedən bəlkə də hakimiyyətin maraq dairəsində olmalıdır. Konkret desək, o sətiraltı ifadələrlə belə deyir ki, Axalkələkidə də separatçı rejim yaradılmalıdır.

Nəsib

Oxşar xəbərlər