09.06.2025, 17:29
AZ EN
11.09.2023, 13:14 292

Erməni deputat Rusiyanı bəyənmir

XƏBƏRLƏR

Hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Qaqik Melkonyan parlamentin bu gün öz işinə başlayan 8-ci çağırış 6-cı sessiyası zamanı Rusiyanın və Lavrovun ünvanına tənqidlər səsləndirib. O, deyib: "Rusiya istəyir ki, biz necə varıq, elə də qalaq, yəni bizim əvəzimizə özü - rus hakimiyyəti qərarlar qəbul etsin. Biz isə istəyirik ki, öz ölkəmizlə bağlı özümüz qərar qəbul edək... Üç dəfə ölkəmizə qarşı eskalasiya olub, biz  müraciət etsək də nə KTMT, nə də Rusiya bizi dəstəkləməyib. Lavrov nə danışır? Çox şey deyir. O istəyir ki, ölkəmizi məhvə aparsın. Rusiyanın müttəfiqi indi Azərbaycandır."

Göründüyü kimi, hay deputat rusların onlara Azərbaycan ərazisində marionet dövlət yaratdığını və s. dərk etmək istəmir. İndi onlar İran və Fransaya ümid bəsləyirlər.

Nəsib

Oxşar xəbərlər