Dünyanın hər yerində çörəyin müqəddəs sayıldığı hamıya məlumdur. Amma ermənilər bu humanist duyğudan da məhrum olduqlarını yenə sübut edirlər. Belə ki, "Hraparak"ın müxbiri Karen Martirosyanın yazdığına ğörə, BMT-nin İrəvandakı ofisinin qarşısında aksiya keçirən ermənilər sözügedən yerdə pəncərənin qabağına çörək düzərək Xankəndiyə göndərilməsini tələb edirlər. Narek Ayvazyan adlı aksiya iştirakçısı müxbirə bildirib ki, guya Xankəndidə artıq çörək tükənib və dünya buna göz yumur.
Müxbir əlavə edib ki, pəncərənin qabağında yer olmadığına görə çörəyi artıq yerə qoymağa başlayıblar.
Nəsib