"Hraparak" xəbər yayıb ki, "milli təhsilin inkişafı və yeniliklər mərkəzi" fondunun təşəbbüsü ilə dərsliklərdə müəyyən dəyişikliklər aparılması üçün mütəxəssislərdən ibarət ictimai birlik yaradılıb. Xüsusulə xarici dillərin tədrisinin keyfiyyətini yüksəltməyə hesablanmış dəyişikliklərdə bəzi sözlərin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Ayrı-ayrı fənlərin tədrisi üçun "yardımçı dərs materialı" adlanan kitabçalarının nəşri də görülməsi nəzərdə tutulan işlər sırasındadır.
Agentlik onu da bildirib ki, təhsil üzrə analitiklər vəsait çatışmazlığına görə sözügedən sahədə islahatlar aparmağın mümkün olmadığı qənaətindədir.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan üç il öncə dərsliklərin keyfiyyətsiz olduğunu, eyni mövzuya dair materialların bir-birini təkzib etdiyini bildirmiş və mütəxəssislərin savad səviyyəsinin müasir dövrün tələblərinə cavab vermədiyini xüsusi vurğulayaraq çıxış yolu kimi dərsliklərin yenidən yazılmasını tələb etmişdi.
N.Qaramanlı