17.06.2025, 07:14
AZ EN
04.08.2023, 10:50 375

Rusiya XİN: Qərb ölkələri Ermənistanı çirkli üsullarla şantaj edir

XƏBƏRLƏR
  • Əgər İrəvanla münasibətlərdə bəzi neqativ məqamlardan danışırıqsa, o zaman bunlar ilk növbədə Qərb dövlətlərinin Rusiya-Ermənistan tərəfdaşlığına xələl gətirmək cəhdləri ilə bağlıdır.

Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

O, Qərbi çirkli üsullardan istifadə etməkdə təqsirləndirib: “İstənilən, o cümlədən tamamilə çirkli üsullardan istifadə olunur: sanksiya şantajı, haqsız rəqabət, amorf vədlər, hansı ki, erməni atalar sözündə deyildiyi kimi, “kababdan çox tüstü var”. Qərbin “dostluğu”nun nəyə çevrildiyini hamı dünyanın müxtəlif yerlərində, eyni zamanda, postsovet məkanında dəfələrlə görə bilib”.

Qonçar Rusiyanın əvvəlki kimi, Ermənistanla bütün problemli məsələləri müttəfiqlik, birbaşa və səmimi dialoq çərçivəsində həll etmək əzmində olduğunu əlavə edib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR