19.10.2024, 17:30
AZ EN
14.07.2023, 17:00 245

Ermənistandan separatçılara çağırış: “Bakı ilə danışıqlara başlanılmalıdır”

XƏBƏRLƏR
  • “Xankəndi Bakı ilə danışıqlara başlamalıdır”.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyasının deputatı, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan bu gün brifinqdə bildirib. Onun sözlərinə görə, bu danışıqlar Qarabağın erməni əhalisinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi baxımından vacibdir.

“Bizim bununla bağlı mövqeyimiz dəyişməzdir. Bununla yanaşı Bakı ilə Xankəndi arasında dialoq zəruridir” - deyə Xandanyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanla şərti dövlət sərhədinin Laçın yolu hissəsində nəzarət buraxılış məntəqəsinin qurulmasından sonra Rusiya sülhməramlıların nəzarət zonasında yaşayan separatçılar “blokada” bəhanəsi ilə Yerevana və Moskvaya qarşı da təzyiqləri artırıblar. Vəziyyətin ciddiliyini anlayan Ermənistan rəsmiləri də problemin Xankəndi ilə Bakı arasında dialoq çərçivəsində həll edilə biləcəyini tez-tez vurğulamaq məcburiyyətindədir.

Elxan SALAHOV

Oxşar xəbərlər