- Ermənistan parlamentinin müxalif üzvü Aqnessa Xamoyan öz FB hesabında yazıb ki, bu günlərdə İtaliyanın hərbi hissələrinin birinin ərazisində ümumi çəkisi 3 ton olan kokain aşkar edilib. Araşdırma zamanı məlum olub ki, sözügedən kokain Ekvatordan Ermənistana çatdırılmalı imiş və dəyəri 800 milyon avrodur.
Deputat əlavə edib ki, ölkəyə bu həcmdə narkotik vasitə hakimiyyətin xəbəri olmadan daxil ola bilməz. Gənclər arasında narkomaniyanın getdikcə artmasını vurğulayan deputat müvafiq orqanlarının bu çirkli və təhlükəli biznesin daha da genişlənməsində maraqlı olduğunu xüsusi qeyd edib.
Nəsib