29.03.2024, 14:47
AZ EN
25.01.2023, 11:26 285

Rauf Yusifov WKF Karate üzrə Beynəlxalq Turnirin qalibi olub

XƏBƏRLƏR
  • Əslən Qubadlı rayonundan olan 3 qat dünya çempionu karateçi Rauf Yusifov WKF Karate üzrə Beynalxalq turnirin qalibi olub.

İdmançımızla görüşüb söhbət etdik. O, bildirdi ki,

Bakı İdman Sarayında 20-22 yanvar tarixində 2023-cü ilin ilk WKF Karate üzrə Beynalxalq turniri keçirilib.

Rauf Yusifov yaxşı nəticə göstərərək hər iki kateqoriyada çempion olub və iki qızıl medal qazanıb. 

O, kişilər arasında 84+ kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

R.Yusifov həmin gün digər yarışda da 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.

Rauf Yusifov bu uğurunu müəlllimi və məşqçisi, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Fiziki Hazırlıq Şöbəsinin rəisi Elnur Həsənova borclu olduğunu vurğuladı.

O, söhbət əsnasında bildirdi ki, məşqçi kimi də fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyətini işğaldan azad olunmuş doğma Qubadlıda davam etdirəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər