20.04.2025, 05:59
AZ EN
18.01.2023, 21:00 418

“Qarabağ” yoxlama oyununda Polşa klubuna uduzub

XƏBƏRLƏR
  • Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.

Ağdam təmsilçisi Polşanın “Poqon” klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar.

“Qarabağ” bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın “Çukariçki” klubuna qalib gəlib – 1:0.

Qeyd edək ki, yanvarın 13-də “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub. (AZƏRTAC)

Oxşar xəbərlər