08.06.2025, 12:37
AZ EN
25.12.2022, 21:47 354

“Qarabağ” klubu ilkə imza atıb

XƏBƏRLƏR
  • “Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Peşəkar Futbol Liqası xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəliblər – 3:0.

Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmirin “Şirvan” komandasını qəbul edən Ağdam təmsilçisi 6:0 hesabı ilə qalib gəlib. (AZƏRTAC)

 

Oxşar xəbərlər