09.06.2025, 05:48
AZ EN
12.12.2022, 12:02 318

"Qarabağ" dünya reytinqində geriləyib

XƏBƏRLƏR
  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 137 xal olan "köhlən atlar" 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçika "Gent"i 140 xalla 84-cü sıradadır.

İlk "3-lük"də 305 xalla "Flamenqo" (Braziliya), 297 xalla "Liverpul" (İngiltərə) və 294 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb. (Report)

Oxşar xəbərlər