Bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün Ermənistan təmsilçilərinin qeydiyyatdan keçmələrinə münasibət bildirərkən deyib.
Nazir turnirdə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağını diqqətə çatdırıb: “Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.
Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabr tarixlərində keçiriləcək. (Report)