05.10.2024, 10:00
AZ EN
29.11.2022, 11:25 400

Cəbrayıl məktəblisi çempion olub

XƏBƏRLƏR
  • 2022-ci il 20-27 noyabr tarixlərində ölkəmizdə yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Müxtəlif şəhər və rayonların klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Eldar Abdullazadə 52 kq çəki dərəcəsində final döyüşündə qalib gələrək çempion olub.

Mina RƏŞİD

Oxşar xəbərlər