Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib ki, iştirakçılar sırasına Türkiyənin “Sportoto” kontinental komandası əlavə olunub.
Bununla da turnirdə çıxış edəcək komandaların sayı 18 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 13 kontinental komanda və Azərbaycan yığması olmaqla, 22-yə yüksəlib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq. (AZƏRTAC)