Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kiloqram) gümüş, Könül Əliyeva (48 kiloqram), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram) bürünc medal qazanıblar.(AZƏRTAC)