Ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.
Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq yarışın ən yaxşı rinq qadın hakimi seçilib.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Mammadov milli komandanın bütün üzvlərini, məşqçilər heyətini, hakimləri qazanılmış uğurlara görə təbrik edib. (APA)