17.08.2025, 19:38
AZ EN
17.08.2025, 10:19 68

Azərbaycanın futbol millisi Füzuli və Şuşa şəhərlərinə səfər edib

XƏBƏRLƏR
  • Azərbaycanın qadınlardan ibarət milli futbol komandası “Zəfər yolu” sosial layihəsi çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edib.

AFFA-dan bildirilib ki, onlar səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar. Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.

Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir. (AZƏRTAC)

Oxşar xəbərlər