Milli Olimpiya Komitəsindən verilən məlumata görə, oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) finalda ispaniyalı Alexandro Çiarroniyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxacaq.
Günel QULİYEVA