Köndələnçay su anbarında peşəkar avarçəkənlərin nümunəvi çıxışları olub, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil edilib. Həmçinin sakinlər avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı əldə ediblər.
Qeyd edək ki, 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata aprelin 30-dan mayın 2-dək keçiriləcək. (AZƏRTAC)