01.04.2025, 05:08
AZ EN
29.03.2025, 09:32 118

Azərbaycan millisi bu gün Türkiyə yığması ilə qarşılaşacaq

XƏBƏRLƏR
  • 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyə ilə üz-üzə gələcək.

Xorvatiyada təşkil olunacaq VII qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qarşılaşma Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3. (Report)

Oxşar xəbərlər