20.04.2025, 06:16
AZ EN
24.03.2025, 08:00 231

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

XƏBƏRLƏR
  • Martın 23-də Gürcüstan milli futbol komandası UEFA Millətlər Liqasının pley-off mərhələsində Ermənistan komandası ilə ikinci oyunu keçirib.

Tbilisidəki “Dinamo Arena”da keçirilən oyunda Gürcüstan millisi Ermənistanı 6:1 hesabı ilə məğlub edib. Matçda Gürcüstan və Ermənistanın baş nazirləri ilə yanaşı, iki ölkənin hökumət üzvləri də iştirak ediblər.

Bununla da Gürcüstan millisi Millətlər Liqasının B divizionunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, ilk oyun martın 20-də Ermənistanda keçirilib və Gürcüstan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra İrakli Kobaxidze Gürcüstan millisinin üzvləri ilə görüşüb, onları qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər