08.06.2025, 06:11
AZ EN
09.02.2025, 12:46 212

Azərbaycan boksçuları Serbiyada 6 medal qazanıblar

XƏBƏRLƏR
  • Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar.

Yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.

Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq. (Report)

Oxşar xəbərlər