Yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı XIII turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib. 13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.
Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub. (AZƏRTAC)