Bunu Xankəndidə gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir işğaldan azad olunmuş ərazilərdə növbəti illərdə həm yerli, həm də beynəlxalq yarışların keçiriləcəyini söyləyib: “50 il əvvəl 10-cu Azərbaycan çempionatı Xankəndidə keçirilmişdi. 50 il sonra badminton üzrə Azərbaycan çempionatı yenidən Xankəndidə keçirildi. Xankəndidə idman tədbirlərinin keçirilməsini növbəti illərdə də planlaşdırırıq. Nəinki yerli, eləcə də beynəlxalq tədbirlər keçiriləcək. Artıq Şuşada, Suqovuşanda, Füzulidə beynəlxalq yarışlar keçirilib. İstəyirik ki, növbəti illərdə həm bu yarışlar ənənəvi olsun, həm də yeni yarışlar keçirək”, – deyə nazir bildirib. (AZƏRTAC)