Dekabrın 3-də start götürən "Beyond the Sky" turnirində 6 medal qazanıb.
Millimizin üzvləri iki qızıl, bir gümüş və üç bürünc medal qazanıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.
Sinxron proqramda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medal qazanıb. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər. (Trend)