İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 2:2. İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Seyle”si ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
III tur
7 noyabr
“Vikinqur” (İslandiya) - “Borats” (Bosniya və Herseqovina) 2:0
“Gent” (Belçika) - “Omoniya” (Kipr) 1:0
“Legiya” (Polşa) - “Dinamo” (Minsk, Belarus) 4:0
HJK (Finlandiya) - “Olimpiya” (Sloveniya) 0:2
“Şemrok Rovers” (İrlandiya) - TNS (Uels) 2:1
“Petrokub” (Moldova) - “Rapid” (Avstriya) 0:3
TSK (Serbiya) - “Luqano” (İsveçrə) 4:1
Pafos (Kipr) - “Astana” (Qazaxıstan) 1:0
“Çelsi” (İngiltərə) - Noa (Ermənistan) 8:0
“Kopenhagen” (Danimarka) - “Başakşəhər” (Türkiyə) 2:2
LASK (Avstriya) - “Serkl Brügge” (Belçika) 0:0
“Betis” (İspaniya) - “Seyle” (Sloveniya) 2:1
“Yurqorden” (İsveç) - “Panatinaikos” (Yunanıstan) 2:1
APOEL (Kipr) - “Fiorentina” (İtaliya) 2:1
“Vitoriya” (Portuqaliya) - “Mlada Boleslav” (Çexiya) 2:1
“Harts” (Şotlandiya) - “Haydenhaym” (Almaniya) 0:2
“Yagelloniya” (Polşa) - “Molde” (Norveç) 3:0
“Larne” (Şimali İrlandiya) - “Sankt-Qallen” (İsveçrə) 1:2
Qeyd edək ki, Konfrans Liqasında IV tura noyabrın 27-də start veriləcək.