16.09.2024, 23:03
AZ EN
07.09.2024, 18:35 164

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

+90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. (Report)

Oxşar xəbərlər