21.09.2024, 04:14
AZ EN
20.09.2024, 21:55 172

"Qarabağ" "Neftçi"ni məğlub edib

XƏBƏRLƏR
  • "Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq. (Report)

Oxşar xəbərlər