15.09.2024, 02:31
AZ EN
31.08.2024, 19:59 140

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır. (Report)

Oxşar xəbərlər