20.07.2025, 14:58
AZ EN
06.07.2024, 11:28 334

Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb

XƏBƏRLƏR
  • “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq. (AZƏRTAC)

Oxşar xəbərlər