Planetin 500 ən güclü mütəxəssisinin sırasında bir azərbaycanlı məşqçi yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.
"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib.
Qeyd edək ki, cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir. (Trend)