Bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub.
İlk dəfə Şuşada baş tutacaq “Vüqar Həşimov Memorialı”nın onuncusu avqustun 27-31-i aralığında keçiriləcək.
Qeyd edək ki, bu superturnir 2023-cü ildə Qəbələdə təşkil edilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin yarışın qalibi olub. (Report)