Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.
Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. (Report)