22.11.2024, 05:17
AZ EN
25.12.2023, 10:41 350

Xənkəndidəki oyunun hakimi: Şəkillərdə, videolarda gördüyüm yerlərə ayaq basmaq möhtəşəm hissdir

XƏBƏRLƏR
  • Bu sözləri FIFA referisi Kamal Umudlu Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndində keçirilən "Qarabağ" - MOİK oyununa təyinat alması ilə bağlı danışarkən deyib.

Vətən müharibəsinin iştirakçısı işğaldan azad edilmiş torpaqlarda baş tutan ilk futbol matçında fəaliyyət göstərməyin qürurverici olduğunu bildirib: “Oyundan bir gün əvvəl Şuşaya getmişdik. Uşaq olarkən şəkillərdə, videolarda gördüyüm yerlərə ayaq basmaq möhtəşəm hissdir. Hər bir azərbaycanlının arzusu işğaldan azad edilmiş torpaqlarda olmaqdır. Bizim adımızın da tarixin yaddaşına yazılması inanılmazdır. Əsas əziyyəti meydanda olan hakimlər çəkdilər. Mən də ehtiyat hakim kimi üzərimə düşən öhdəlikləri yerinə yetirməyə çalışdım”.

Növbəti ildən Azərbaycanı beynəlxalq oyunlarda FIFA referisi kimi təmsil etmək imkanı qazanan K. Umudlu bunun böyük xoşbəxtlik olduğunu söyləyib: “Bu peşə ilə məşğul olan hər bir insanın arzusu FIFA dərəcəli hakim olmaqdır. Çox sevinirəm ki, bu, mənə də qismət oldu. Mənə güvənən AFFA və Hakimlərm Komitəsinin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycanı Avropada təmsil etmək şərəfdir. Etimadı doğrultmağa çalışacağam. Məqsədim ölkədə futbol hakimliyinin inkişafına töhfə verməkdir”.

Qeyd edək ki, Xankəndidə keçirilən “Qarabağ” – MOİK oyunu Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR