28.03.2024, 19:28
AZ EN
01.06.2023, 17:13 205

"Qəbələ" İK Fariz Nəcəfovun vitse-prezidentliyi dövründə müxtəlif uğurlara imza atıb

XƏBƏRLƏR
  • Bu gün “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovun doğum günüdür.

Fariz Abdulla oğlu Nəcəfov 1978-ci il iyun ayının 1-də Ağdamın Kəngərli kəndində anadan olub. O, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub.

Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitse-prezidenti təyin olunub. "Qəbələ" İK Nəcəfovun vitse-prezidentliyi dövründə müxtəlif uğurlara imza atıb. Bu baxımdan ilk növbədə "Qəbələ"nin 2015-2016-ci illər mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsini qeyd etmək olar. Qeyd edək ki, ardıcıl 2 mövsüm qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” "Neftçi" və "Qarabağ"dan sonra bu uğura imza atan üçüncü və hələlik sonuncu Azərbaycan klubu olub.

Nəcəfov 18 aprel 2019-cu il tarixində "Qəbələ" İK-nin prezidenti təyin olunub. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulub, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirib. "Vetensesi" saytı Fariz Nəcəfovu 45 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və rəhbəri olduğu klubla birgə daha böyük uğurlara imza atmağı arzulayır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər