Bunu İsveçdən olan azarkeş Cohan Ekman deyib.
"Mən təkcə yarışı deyil, həm də ölkənizin paytaxtı Bakı şəhərini öz gözlərimlə görmək üçün İsveçdən gözəl ölkənizə bu uzun səyahəti etdim. Bu mənim ilk səfərimdir. Bakıya uçmağa hazırlaşarkən ağlıma belə gətirə bilməzdim ki, bu cür mehriban, hər yerdə hər cür köməklik göstərməyə hazır olan könüllülərin olduğu bir ölkəyə düşəcəm. Yarışın özü haqqında isə onu deyə bilərəm kio, bir çox Qran Prilərin şahidi olmuşam, amma Bakıdakı kimi rəngarəng yarış görməmişəm. Trek paytaxtın mərkəzində yerləşməsi ilə valeh edir, burada biz həmçinin Bakı şəhərinin bütün görməli yerlərini görürük", - deyə azarkeş bildirib. (Trend)