Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilir ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.