18.06.2025, 22:36
AZ EN
20.08.2024, 12:15 333

Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib

XƏBƏRLƏR
  • Azərbaycan minalarla çirklənmə faizinə görə dünyada ilk beşlikdədir.

Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Horadiz əməliyyatı zamanı işğaldan azad edilən Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib:
"Həmin kəndlər cəmi 3-4 ay işğal altında qalmışdı. Bu rəqəmlərə baxdıqda 30 ildən çox işğalda saxlanan torpaqlarımızda milyon yarımdan çox minanın olması təəccüblü deyil". (Report)

Oxşar xəbərlər