Bunu bu gün Ağdamın işğaldan azad edilmiş ərazisində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi minatəmizləmə fəaliyyəti ilə bağlı təşkil edilən media-turda FHN-nin şöbə rəisi, mayor Ələkbər Ələkbərov deyib.
Bildirib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xususi təyinatli hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, habelə müharibənin partlayıcı qalıqlarından təmizlənməsi tapşırıqlarını sürətlə davam etdirir: "Ərazilər minalarla çirkləndirilib. Bundan əlavə olaraq ərazilərdə partlamamış hərbi sursatlar var. Bu riski və təhlükəni daha da artırır. Ərazidə xidmət aparan şəxsi heyətimiz, beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçib. Bu işlərdə bizə mina axtaran itlər köməklik göstərir. Mina axtaran itlərə xüsusi təlimlər keçilib. Eyni zamanda həmin itlərin təlimatçıları da xüsusi təlim keçərək ərazidə tapşırıqların icrasına cəlb olunublar. Xidmət apardığımız ərazilər əsasən kəndlər, qəsəbələr, içməli su hövzələri, su anbarlarının ətraf əraziləridir”.
FHN təmsilçisi vətəndaşlara müraciət edərək bildirib ki, təyin olunmuş postlardan kənar ərazilərə daxil olmasınlar: “Çünkü düşmən bütün əraziləri minalayıb. Bu, vətəndaşlarımızın həyatı üçün çox təhlükəlidir". (APA)