18.10.2024, 07:45
AZ EN
04.04.2024, 11:34 262

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

XƏBƏRLƏR
  • Ötən gün Xankəndidə 8 silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkarlanaraq götürülüb. (Report)

Oxşar xəbərlər