Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsgər P.Xəlilzadə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib. (Report)