O, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
R.Quliyev qeyd edib ki, keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5426.5 hektar ərazi sifariş olunub:
"Bunun da 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetləri üzrə həmin ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi planlaşdırılıb". (Report)