18.06.2025, 20:10
AZ EN
04.05.2023, 14:58 377

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib, Qarabağdakı əməliyyat şəraiti müzakirə olunub

XƏBƏRLƏR
  • Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Oxşar xəbərlər