19.06.2025, 04:54
AZ EN
23.10.2023, 21:08 316

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

XƏBƏRLƏR
  • Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb. (Report)

Oxşar xəbərlər