Bu barədə Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, ötən gün - sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinə göstərilib.
Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov onları hərbi atteşelərə təqdim edib. O bildirib ki, kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşa ətrafında olan bölgələrdə Ermənistan silahlı qüvvələri birləşmələrindən müsadirə edilib: Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı”. (Report)